"Muğam aləmi" Beynəlxalq Muğam Festivalı
"Muğam aləmi" Beynəlxalq Muğam Festivalı və ya "Muğam Dünyası" Beynəlxalq musiqi festivalı — Azərbaycanda bir neçə ildən bir keçirilən beynəlxalq muğam festivalı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ilk dəfə 18–25 mart 2009-cu il tarixində Novruz bayramı ərəfəsində Bakıda keçirilmişdir.
İlk dəfə 2009-cu ilin martın 20-də Beynəlxalq Muğam Mərkəzində festivalın rəsmi açılışı olmuşdur. Festival çərçivəsində beynəlxalq elmi simpozium, muğam ifaçılarının mübiqəsi və çoxsalyı opera tamaşaları eləcə də konsertlər təşkil olunur. İlk festival 2009-cu il martın 25-də Heydər Əliyev Sarayında təşkil olunmuş qala-konsert ilə bitmişdir.
Muğam festivalının əsas məqsədi, müasir dünyada Azərbaycan muğamının tanıdılması, xalqımızın ənənəvi musiqi sənətininin dünya musiqi irsində layiq olduğu yeri tutması.
2009-cu ildə beynəlxalq musiqi festivalı çərçivəsində üç gün ərzində muğama həsr olunmuş beynəlxalq elmi simpozium keçirilmişdir. Simpoziumun nəticələrinə dair xüsusi kitab nəşr olunmuşdur.
Simpoziumun işində ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, İtaliya, Almaniya, Türkiyə, Niderland, Macarıstan, Çin, Tunis, Özbəkistan, İran, Mərakeş, Hindistan, və Tacikistandan olan 30 yaxın elm adamı və musiqiçi iştrak etmişdir.
Simpoziumda Nyu-York Universitetinin professoru etnik musiqi üzrə mütəxəssiz YUNESKO-nun eksperti Stiven Blam, Nyu-Yorkdakı Kolumbiya Universitetinin professoru Diter Kristensen, YUNESKO nəznində "Ənənəvi musiqi üzrə beynəlxalq şura"nın vitse prezidenti Umm van Zaten, Fransadan olan professor Jan Durinq, Berlindəki Humbold Universitetinin professoru Yurgen Elsner, Kaliforniya Universitetinin professoru Xiromi Lorreyn Sakata, BBC radiosunda "World Routes" verlişinin aparıcıları Lusi Duran və Ceyms Parkin, Pan Rekords şirkətinin sahibi Bernard Kleykamp, professor Rövşən Yonosov (Özbəkistan), Moskva konservatoriyasının professori Violetta Yunusova, Düşənbədəki "Makoma" akademiyasının direktoru Abduvali Abduraşidov kimi elm adamları və musiqi mütəxəssisləri simpoziumq qatılaraq çıxışlar etmişlər.